XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2016 - 15:07

Türkiyə SQ Suriyada İŞİD-in 217mövqeyini məhv edib

Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 217 mövqeyini məhv edib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "Fərat qalxanı" hərbi əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində Türkiyənin sərhəd rayonlarını terrorçulardan təmizləmək, humanitar yardımın çatdırılmasını təmin etmək və İŞİD-lə mübarizədə beynəlxalq missiyaya dəstək göstərmək kimi məqsədlər qoyulub.