XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2016 - 14:50

Meksikada bələdiyyə sədriöldürülüb

Meksikanın cənubunda yerləşən Oahaka ştatının Okotlan-de-Morelos bələdiyyəsinin sədri naməlum şəxslər tərəfindən qətlə yetirilib.

"Report" xəbər verir ki, yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, bir qrup şəxs avtomat silahdan qardaşı ilə nahar edən Xose Vilyanuyeva Rodriqesə atəş açıb.

Məmur aldığı güllə yaralarından hadisə yerində keçinib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Naməlum şəxslər hadisə yerindən qaçıblar, onların axtarışı gedir.