XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2016 - 15:31

Nüvə sazişi təhlükədə- İran təcili iclasın çağırılmasını tələb edir

zerif-2

İran ABŞ-ı nüvə sazişinin şərtlərini pozmaqda ittiham edib. Və Avropa Birliyinin rəsmisi Federika Mogerini ilə təcili görüş tələb edib.

Qeyd edək ki, Mogerini sazişin icrası ilə bağlı yaradılmış birgə komissiyanın işlərini koordinə edir.

Tehranı narazı salan ABŞ Konqresinin sanksiyaların uzadılması qərarıdır. İran ölkənin nüvə proqramının beynəlxalq nəzarətə götürülməsinə məhz sanksiyaların ləğvi müqabilində razılıq vermişdi.

İran xarici işlər naziri Cavad Zərif Mogeriniyə məktub ünvanlayaraq beynəlxalq komissiyanın iclasını çağırmağı xahiş edib. 

2015-ci ildə yaradılan komissiyaya Avropa Birliyi, Fransa, Almaniya, Britaniya, Rusiya, Çin və ABŞ daxildir.

Rəsmi Tehran hələ bir müddət əvvəl bəyan etmişdi ki, ABŞ İran-a qarşı sanksiyaları uzatsa, sazişin icrasını dayandıracaqlar(azadliq.info).