XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2016 - 16:35

Qətərin ƏmiriTürkiyəyə gəlib

Qətərin əmiri Təmim bin Həməd Al Tani bu gün Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyənin Trabzon şəhərinə gəlib.

Trend-in məlumatına görə, Qətər Əmirinin səfəri çərçivəsində tərəflər regional problemləri və iqtisadi əlaqələrin inkişafı məsələlərini müzakirə edəcəklər.

Daha əvvəl, Türkiyənin baş nazirinin müavini Mehmet Şimşək bəyan etmişdi ki, Türkiyə və Qətər azad ticarət haqqında saziş imzalamaq niyyətindədirlər.

"Qətər və Türkiyə ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdirlər və azad ticarət haqqında saziş ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək", – Şimşək deyib.

Baş nazirin müavini qeyd edib ki, Doha və Ankara üçüncü ölkələrdə də bir sıra mühüm iqtisadi layihələri həyata keçirmək niyyətindədirlər.

"Bu gün Türkiyədə Qətər kapitalı ilə şirkətlərin sayı 99-a çatır, Qətərin Türkiyə iqtisadiyyatına investisiya isə 1,2 milyard dollardan artıqdır", – Mehmet Şimşək deyib.