XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2016 - 17:38

İngilislər Ukrayna ordusunu hazırlamaqda davam edəcəklər –Britaniya təlimi alan hərbçi sayı 5 mini ötəcək

ukrayno-ordusu

Böyük Britaniya Ukrayna hərbçilərinin hazırlanması proqramını daha bir il uzadıb.

Azadlıq Radiosunun məlumatına görə, Müdafiə naziri Maykl Fellon bildirib ki, britaniyalı hərbi mütəxəssislər Ukraynada 2018-ci ilin sonuna qədər qalacaqlar.

"London Rusiyanın aqressiv davranışına baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir", –  Fellon bildirib.

Yerli media məlumat verir ki, 2017-ci ilin martına kimi Britaniya təlimatlarını keçən ukraynalı hərbçilərin sayı 5 mindən çox olacaq.

Təlim proqramı ötən ilin martında başlayıb və o zaman Britaniyanın baş naziri olan Devid Kameron bəyan etmişdi ki, ukraynalı hərbçilərə piyada döyüşü, loqistika, kəşfiyyat məlumatlarının analizi və tibbi yardım göstərilməsi ilə bağlı təlim keçiriləcək.