XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2016 - 19:35

Abe:"Putinin səfəri Yaponiya-Rusiya münasibətlərinin yüksəlişinə səbəb oldu"

Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinin dekabrın 15-16-da Yaponiyaya baş tutmuş səfərini yüksək qiymətləndirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, xüsusən, o qeyd edib ki, rusiya lideri ilə danışıqlar sülh bağlanması məsələsində mühüm addım oldu.

"Mən Vladimir Putinin Yaponiyaya səfərini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu Rusiya və Yaponiya arasında sülh bağlanması yolunda çox vacib və böyük addım oldu. Mən belə düşünürəm ki, Putinin Yaponiyaya səfəri Yaponiya-Rusiya münasibətlərində böyük yüksəlişə səbəb oldu", – Abe deyib.