XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2016 - 20:00

Rusiyada alkoqoldan zəhərlənmə:8 nəfər ölüb, 7 nəfər ağır vəziyyətdədir

Rusiyanın İrkutsk vilayətində alkoqollu içkidən kütləvi zəhərlənmə baş verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, 10 nəfər alkoqollu içkidən zəhərlənib. Onlardan 8-i ölüb, daha 7 nəfər müalicə olunur. 

"Tibbi mütəxəssislərin ilkin rəyinə görə, zərərçəkənlər naməlum zəhərdən kəskin kimyəvi zəhərlənməyə məruz qalıblar. Onların hamısı bir gün əvvəl spirt tərkibli surroqat maye istifadə edib", – deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Zəhərlənənlərin müalicəsinə İrkutsk Toksikoloji Mərkəzinin baş toksikoloqları və narkoloqları cəlb edilib. 

Xəstələrdən kimyəvi-teksikoloji ekspertiza nümunələri götürülüb. Zəhərlənmə ilə bağlı məlumat hüquq-mühafizə orqanlarına göndərilib.