XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 11:34

Rusiyada araqdan kütləvi zəhərlənmə –19 nəfər öldü, 40 nəfər xəstəxanaya aparıldı

 

xestexana-daxili-

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 19-a çatıb, 40 nəfər isə xəstəxanada həkim nəzarəti altındadır.

 Bu barədə RİA "Novosti”  Rusiya İstintaq Komitəsinin İstintaq  İdarəsinə istinadən məlumat yayıb.

 Hadisə ilə bağlı Prokurorluq, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi xətti ilə təhqiqat aparılır.

 Məlumatda bildirir ki, müayinə zamanı spirtli maddənin tərkibində metanol aşkar edilib.