Prokurorluq bir qrup müxalif fəalın ərizəsi əsasında araşdırma aparır
Türkiyə prokurorluğu bir-birini “paralel dövlət”ə mənsubluqda ittiham edən baş nazir müavini Bülent Arınç və Ankara meri Meliha Göyçəyin qalmaqallı bəyanatlarını araşdırmağa başlayıb.
Strateq.az Türkiyə KİV-ə əsasən bildirir ki, araşdırma bir qrup müxalifət fəalının ərizəsi əsasında başlanıb.
Xatırladaq ki, ABŞ-da yaşayan Fətullah Gülənin başçılıq etdiyi “Xidmət” hərəkatının Türkiyənin hökumət strukturlarında işləyənlər iştirakçılarını “paralel dövlət” adlandırırlar.
Prezident Ərdoğan və baş nazir Əhməd Davudoğlu hakim AKP-ni təmsil edən iki yüksəkrütbəli məmurun bəyanatlarına hələlik heç bir reaksiya verməyiblər.