Onların 30-a qədəri həlak olub
400-ədək uşaq İŞİD-in Suriyanın şimalındakı məşq düşərgələrində hazırlıq keçir.
Suriya KİV-nin bu gün yazdığına görə, valideynlərin əlindən alınmış 18 yaşınadək yeniyetmələr üç ay öncə yaradılmış “Xilafət” pələngləri” birləşməsinə daxil olacaqlar.
İslami təbliğatın zəhərlədiyi yeniyetmələr artıq Kobanı şəhərinin mühasirəsi zamanı küd yaraqlıları ilə döyüşdə iştirak ediblər və 30-a qədəri həlak olub.
YUNİSEF-in uşaqları müdafiə üzrə xidmətinin rəhbəri Antoni Makdonaldın bildirdiyi kimi, radikallar “pələnglər”dən kamikadze kimi hələlik az istifadə edirlər. Son zamanlar onların ikisinin Hələbdə teraktda iştirak etməsi qeydə alınıb.
Uşaqlardan, bir qayda olaraq, ön cəbhəyə döyüş sursatı, tibbi dərmanlar, su və ərzaq çatdırılmasında, həmçinin kəşfiyyat məlumatlarının toplanmasında istifadə olunur.