Təyyarələr söndürülmüş transponderlə uçuş həyata keçirib
İsveçin müdafiə idarəsi Baltik dənizi üzərində Rusyanın 4 hərbi təyyarəsinin yaxalanması barədə məlumat yayıb.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, İsveç rəsmiləri deyib: “İsveçə təhlükənin səviyyəsi artmayıb, lakin İsveç ordusu həmişəki kimi qonşu bölgədəki artan fəallığı izləməkdə davam edir”.
İdarədən açıqlanıb ki, iki bombardmançı TU-22M təyyarəsi və onları müşayiət edən SU-27 qırıcıları söndürülmüş transponderlə uçuş həyata keçirib.
Qeyd edək ki, rus təyyarələrinin Avropanın hava məkanını icazəsiz pozması ilk fakt deyil.