İngiltərə Rusiyanın Ankara səfiri Andrey Karlova qarşı həyata keçirilən silahlı hücumu pisləyib.
İngiltərə Xarici İşlər naziri Boris Conson Tvitter hesabında hücumla bağlı bunları qeyd edib:
"Alçaqcasına törədilən cinayəti eşidəndə, şoka düşdüm. Bu qorxaq hücumu pisləyirəm"(Axar.az).
Xatırladaq ki, Ankarada Rusiya səfiri qətlə yetirilib.