XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 09:15

Dünya liderləri Rusiya səfiriKarlovun qətlini ittiham ediblər

k

Rusiyanın Türkiyə səfiri Andrey Karlovun dünən Ankarda qətlə yetirilməsi dünya liderəri və beynəlxalq qurumları da hərəkətə gətirib.

Strateq.az xarici nəşrə istinadən bildirir ki, facilə ilə bağlı Rusiyaya ilk başsağlığı verənlərdən biri Avropa Birliyi diplomatiyasının başçısı Federika Moqerini olub.

BMT Təhlükəsizlik Şurası Rusiya səfirinin qətlini terakt adlandırıb və “icraçları, təşkilatçıları, sponsorları” cəzalandırmağa çağırıb.

Dövlət Departamentinin başçısı Con Kerrinin sözlərinə görə, ABŞ Karlovun qətlinin araşdırılmasında yardım təklif etməyə hazırdır. Qurumun rəsmi təmsilçsi Con Kirbi RİA Novosti-yə bildirib: “Bu zorakılıq aktının qaynağı kim olur-olsun, biz bunu pisləyirik”.

NATO və AB də səfirə hücumu ittiham edib.

ATƏT baş katibi Lamberto Zanyeranın məlumatında deyilir: “Rusiya səfirinin Ankarada ikrahdoğuran qətlini qəti şəkildə pisləyirəm. Terrorizmə qarşı vahid cəbhədə durmağımız lazımdır”.

Böyük Britaniya XİN başçısı Boris Conson deyib ki, “Rusiya səfirinin alçaqcasına qətlə yetirilməsindən sarsılıb”.

Həmçinin İtaliya, Fransa, Almaniya və bir sıra ölkələrdən Rusiyaya dəstək ifadələri gəlib.

Afinada bildiriblər ki, “Avropa yenidən terrorun caynağındadır”.

BMT baş katibi seçilmiş Antoniu Quterreş də başsağlığı göndərib.

Türkiyənin Rusiya səfiri Hüseyn Diriöz “fitnəkar məqsəd güdən qətli qəti şəkildə qınayıb”. Onun sözlərinə görə, həlak olmuş diplomat Rusiya-Türkiyə münasibətlərinin inkişafına əsaslı töfhə verib.

Çin XİN başçısı Van İ Karlovun qətli ilə bağlı Sergey Lavrova başsağlığı verərək Rusiyanın terrorizmlə bağlı səy və fəlaiyyətinə dəstək ifadə edib.