Kriminal dünya dövlət idarəçiliyi orqanlarına nüfuz edir
Ermənistan oğru toplantılarının sevimli məkanına çevrilib, kriminal hüquq sisteminə özünəmxsus alternativ yaradıb.
Strateq.az Ermənistan KİV-ə isnadən bildirir ki, Ermənistan Milli Konqresinin deputatı Qagik Cangiryan bu gün parlamentdə bildirib: “Ermənistanda oğru qanunları təkcə əhalinin müəyyən təbəqələri arasında deyil, həm də bürtöv şəhər və yaşayış məntəqələrində üstünlük təşkil etməyə başlyıb. İctimai rəy bunu tənqid etmir, əksinə, onunla barışır, kriminal avtoritetləri və onların diqtə etdiyi qaydaları qəbul edir. Sirr deyil ki, inzibati və hüquq-mühafizə orqanlarımız yuxarıların təzyiqi üzündən kriminalın paralel və leqal mövcudluğuna dözməyə məcburdur. Əks halda Ermənistanın beynəlxalq kriminal dünyanın toplantılarının sevimli məkanı olmasını necə izah etmək olar? Kriminal dünyanın qaydaları və onun təmsilçiləri bəzən dövlət idarəçiliyi orqanlarına nüfuz edirlər. Bu yalançı-oğru sinfi həm dövlət aparatını, həm də krimiknal dünyanın qanunlarını təhrif edir”.
Deputat qeyd dib ki, dövlət aparatının kriminallaşması dövlət üçün dağıdıcı ola bilər.