XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2016 - 20:24

Sabiq kəşfiyyat rəisi:"Səfirə hücumda məqsəd münasibətlərə zərbə vurmaqdır"

ismayil-hakki

"Rusiyanın Türkiyədəki səfirinə hücumda məqsəd Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaqdır".

Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat bölməsinin sabiq rəisi, ehtiyatda olan general-polkovnik İsmayıl Hakkı Pekin deyib.

Onun sözlərinə görə, bu sui-qəsd heç bir halda Hələbdəki vəziyyətlə əlaqəli ola bilməz: “Bu işdə Türkiyə və Rusiyanın dostluğunu istəməyən qüvvələrin əli var”.

İ.H.Pekin hesab edir ki, səfirə hücum iki ölkənin münasibətlərində yenidən böhran yaratmağa hesablanıb(Trend).