XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2016 - 20:58

Eks-prezident:"Polşa Avropa Birliyindən xaric edilməlidir"

polsa-aksiya

"Polşa Avropa Birliyindən xaric edilməlidir".

Bu sözləri Polşanın eks-prezidenti Lex Valensa ölkəsində mətbuatla bağlı irəli sürülən qalmaqallı qətnaməyə münasibət bildirərkən deyib.

“Haqq və Ədalət Partiyasının lideri Yaroslov Kaçinski qanunları tapdalayır. Təhlükəli və məsuliyyətsiz biridir. Bu işin nəticəsi çox pis olacaq. Polşa əleyhinə danışmağı sevmirəm. Amma başqa çarəm yoxdur. Əgər bir klubun üzvüsünüzsə, gərək ki, o klubun qaydalarına riayət edəsiniz. Əks halda sizi həmin təşkilatdan uzaqlaşdırarlar. Sadəcə səsvermə hüququndan məhrum edilmək olduqca yüngül cəzadır.Bizi AB-dən xaric etməlidirlər”, – Valensa bildirib.

Qeyd edək ki, Polşanın iqtidardakı Haqq və Ədalət Partiyası (PİS) mətbuatın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hökumətə qətnamə təqdim edib.

Partiyanın bu addımı müxalifət sektoru tərəfindən ciddi narazılıqla qarşılanıb.

Bu qətnamədən dolayı AB-nin Polşanı səsvermə hüququndan məhrum etdiyi də vurğulanıb.

Axar.az