XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 Mart 2015 - 19:21

Prezident: “Lazım gələrsə, artilleriyanı geri qaytaracağıq”

Ukraynada atəşkəs əldə olunsa da, bölgədə silah səsləri susmur. Ağır texnika şəhərdən çıxarılsa da, Avdeyevka şəhərində “Qrad” tipli silahlardan istifadə olunub.

ANS TV-nin məlumatına gərə, Ukraynanın şərqində özlərini “Donetsk Xalq Respublikası” elan edən qurum rəhbərliyi hökumət qüvvələrilə təmas xəttindən daha 21 tankı geri çəkməyə başlayıb. Prosesi ötən gün ATƏT rəsmiləri müşahidə edib.

Rəsmi Kiyev üsyançıların geri çəkilməsi fonunda əksər cəbhə bölgələrində atəşkəsin tam bərqərar olduğunu təsdiqləyib.

Eyni zamanda, Ukrayna hərbi qüvvələrinə məxsus ağır hərbi texnika da təmas xəttindən geri çəkilir. Lakin qondarma Donetsk Xalq Respublikasının nümayəndəsi Eduard Basurin Ukrayna qüvvələrini təmas xəttindən kifayət qədər geri çəkilməməkdə ittiham edib. Onun sözlərinə görə, ATƏT rəsmiləri bu prosesə nəzarət etmir.

üsyançıların geri çəkildiyi bölgələrdən dağıntıların əks olunduğu görüntülər yayılıb.

Ukrayna prezidenti Pyotr Poroşenko ordu qüvvələrinin Minsk razılaşmasına əməl etdiyini, bununla belə, lazım gələrsə, artilleriyanın geri qaytarılmasına dair əmr verəcəyini söyləyib.