XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2016 - 12:18

Rusiya Dövlət Dumasında sükut…

Rusiya Dövlət Dumasının bu gün keçirilən iclasında Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun xatriəsi 1 dəqiqəlik sükutla anılıb. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Deputatların səfirin öldürülməsi ilə bağlı terrorizmi pisləyən və gələcəkdə belə halların baş verməməsi üçün əlavə təhlükəsizlik tədbirlərini vacib sayan bəyanat qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.