“Atəş kəsilmir və bizi fitnəyə çəkirlər”
DXR başçısı Aleksandr Zaxarçenko Mariupol istiqamətində döyüşlərin təzələnməsi və Kiyevin tanklardan istifadə etməsi barədə məlumat verib.
İnterfax.ru yazır ki, Şirokinoda döyüş gedir. Ukrayna hərbçiləri dünən tankları geri oturdub və rus mpövqelərini atəşə tutublar.
Zaxarçenko jurnalistlərə bildirib ki, “Atəş kəsilmir və bizi fitnəyə çəkirlər, lakin hər bir səbrin həddi var”.
DXR müdafiə qurumu xəbər verib ki, ATƏT təmsilçiləri və rus jurnalistləri Şirokino bölgəsində atəş altına düşüblər. Həlak olan və yaralılar barədə məlumat verilmir.