XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 14:03

Nihat Zeybekçi:"Səfirə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib"

Rusiyanın Ankaradakı səfirinə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Türkiyənin iqdisadiyyat naziri Nihat Zeybekçi deyib.

Nazir qeyd edib ki, bu hadisənin arxasında dayananlar heç vaxt məqsədlərinə çatmayacaqlar.

N.Zeybekçi əlavə edib ki, səfirin öldürülməsi Türkiyə və Rusiya arasında iqtisadi və siyasi münasibətlərinə təsir etməyəcək: "Tam əksinə, münasibətlərimizin daha da güclənəcəyini düşünürük".

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.