XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 17:18

Berlində terror aktının qurbanlarındanbir neçəsi tanınıb

Son məlumatlara görə, Berlində sonuncu terror aktı zamanı həlak olmuş 12 nəfərdən 6-sının cəsədi tanınıb. Həlak olanlardan daha 3 nəfərinin əcnəbi olması istisna edilmir. Məsələn, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnikin fikrincə, ölənlərdən birinin ukraynalı olması ehtimalı yüksəkdir. Səfirin sözlərinə görə, polis həmin cəsədin identifikasiyası işlərini tamamlamaq üzrədir.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, yaralananlar arasında bir nəfər İsrail vətəndaşı var. Həmin şəxsin arvadı da milad bazarında olub. Bu qadın hələlik itkin düşmüş hesab edilir.

İtaliyadan olan bir gənc qadın da itkin düşmüş sayılır. Onun telefonu faciə yerində tapılıb. Qadının qohumları Berlinə gəliblər. Onlar polisdən məlumat gözləyirlər(azərtac).