XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 17:23

Keçmiş rektor rüşvət aldığına görə12 il həbs cəzası alıb

rusvet

Çində keçmiş universitet rektoru rüşvət aldığına görə məhkəmənin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Ciansi vilayətindəki Nançan Universitetinin 2002-2013-cü illərdə rektoru işləmiş Cou Venbin 19,7 milyon yuan (2,8 milyon ABŞ dolları) nağd pul, habelə alış-veriş kartı, “Cartier” brendi saat rüşvət almaqda təqsirli bilinib. Nançan şəhər xalq məhkəməsi 2015-ci ilin dekabrında külli miqdarda rüşvət və dövlət əmlakından sui-istifadə etmə hallarına görə onun haqqında ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarmışdı.

Lakin işə yenidən baxılıb və keçmiş rektorun dövlət əmlakını mənimsəməsi, habelə 1,6 milyon yuan məbləğindəki rüşvət alma iddiası ilə bağlı əsaslı sübut olmadığına görə əvvəlki qərar ləğv edilib. Habelə keçmiş rektorun aldığı rüşvətin böyük hissəsini məhkəmənin gedişi müddətində geri qaytarması da əsas götürülərək, cəzası 12 illik azadlıqdan məhrumetmə ilə əvəzlənib. Məhkəmənin qərarı ilə onun 1 milyon yuan dəyərində əmlakı da müsadirə olunub(azərtac).