XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 18:16

Rusiya səfirliklərinin mühafizəsi gücləndirilir- Putin göstəriş verdi

putin-v-1

Prezident Vladimir Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinə xarici ölkələrdə olan səfirliklərin təhükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər hazırlamaq barədə göstəriş verib.

Strateq.az bildirir ki, bu barədə Putin təhükəsizlik orqanı işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə qeyd edib.

“Rusiya səfiri alçaqcasına qətlə yetirilib. Hazırda bu cinayətin açılması üçün ciddi təhqiqat gedir”, – deyə Putin vurğulayıb.

Putin deyib ki, Rusiyanın daxilində və xarici ölkələrdəki diplomatik missiyalarında təhlükəsizlik tədbirləri gücləndirilməlidir. O, digər ölkələrin xüsusi xidmətləri ilə əməkdaşlıq edərək işi gücləndirməyə çağırıb.