XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 10:25

Tramp Berlindəki terrorla bağlı danışdı:“Mənim əvvəldən haqlı olduğum sübut olundu”

tramp

ABŞ prezidenti seçilmiş Donald Tramp deyib ki, Avropada bu həftə baş vermiş zorakı hücumların onun gələn ay Birləşmiş Ştatların prezidenti vəzifəsinin icrasına başladığı vaxt ölkəyə daxil olan müsəlmanların yoxlanılması planını təklif etməkdə “haqlı olduğunu” göstərir: “Siz mənim planlarımı bilirsiniz. Mənim əvvəldən haqlı olduğum sübut olundu. 100 faiz haqlı. Baş verənlər biabirçılıqdır,”- deyə Tramp Floridada müxbirlərlə qısa söhbətində bildirib. (Amerikanın Səsi)

Prezident seçilmiş Tramp Florida ştatında administrasiyasında yüksək vəziləfər namizədlərlə müsahibələr keçirir. Berlində Milad yarmarkasında 12 nəfərin ölümü ilə nəticələnmiş hücum və Ankarada Rusiya səfirinin qətli ilə bağlı sualın cavabında Tramp bunları “dəhşətli hadisələr” adlandırıb.

O, hücumları “insanlığa qarşı hücum” kimi qiymətləndirib. Ağ Ev uğrunda uzun sürən siyasi kampaniya dövründə Donald Tramp müsəlmanların Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulmasına çağırıb.

Lakin son zamanlar Tramp tonunu yumşaldaraq, ABŞ-a terror hücumlarının baş verdiyi ölkələrdən daxil olan şəxslərin “ciddi yoxlanışı”na başlamağa söz verib.

Avropa hüquq-mühafizə orqanları hazırda Tunis mənşəli Anis Amrini axtarırlar. O, İŞİD-lə əlbir oalraq Berlində hücum təşkil etməkdə şübhəli bilinir.