Kolomoyskinin komandası “veçe”dən boyun qaçırdı
Ukraynanın məşhur iş adamı İqor Kolomoyskinin komandası “xalq veçesi”nin yığılmasının Dnepropetrovsk vilayəti qubernatorunun tərəfdarları tərəfindən qızışdırıldığı barədə məlumatı təkzib edərək bildirib ki, təşəbbüs ictimai təşkilatlardan qaynaqlanıb.
Dni.ru yazır ki, Dnepropetrovsk qubernatorunun müavini Gennadi Korban deyib: “Biz Ukraynadan ayrılmağa hazırlaşmırıq. Biz – ukraynalılarıq. Bizim əsas mülkiyyətimiz bizim evimizdir. ölkənin qorunub saxlanması naminə bütün aktivlərimizi qurban verməyə hazırıq. Və mən bunu tam ciddiyətlə deyirəm”.
Qeyd edək ki, qubernator komandasının üzvü Andrey Denisenko əvvəllər “xalq veçesi”nin yığılacağı barədə məlumat vermişdi.
Ukrayna politoloqu Vladimir Denisenko İqor Koolmoyski ilə hökumətin qarşıdurmasını və üçüncü Maydan təhlükəsini Ukraynada ən ciddi böhran adlandırıb. Lakin o hesab edir ki, Kolomoyski öz imkanlarını və dəstək səviyyəsini həddindən artıq yüksək qiymərləndirir.