XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 14:37

NATO-nun baş auditorunun cəsədi tapılıb –Son zamanlar ona qəribə telefon zəngləri edilirmiş

sandelon

NATO-nun baş auditoru İv Şandelon Belçikanın Anden şəhərində ölü tapılıb.

Bu barədə “RİA Novosti” məlumat verir. İlkin məlumatlara görə, məmur odlu silahla intihar edib. Lakin onun ailəsi bu versiyanı qətiyyətlə inkar edir. 60 yaşlı İ.Şandelon NATO-da terrorçuluğun maliyyələşdirilməsinə qarşı məsələlərlə məşğul olurdu. Yaxınları son zamanlarda onun qəribə telefon zəngləri aldığını iddia ediblər.

İstintaq bütün versiyaları araşdırır.