Almaniyada törədilmiş terror aktına görə dörd nəfər həbs olunub.
Reuters agentliyi xəbər verir ki, polis onların Tunisdən olan şübhəli Anis A ilə əlaqələrinin olduğunu bildirib. Qeyd edək ki, Berlindəki milad bazarında 12 nəfərin həlak olması ilə nəticələnmiş terror aktı 1980-ci ildən sonra bu ölkədə baş verən ən dəhşətli hadisə hesab edilir. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.