XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2015 - 18:44

Bölücü Zaxarçenkodan Kolomoyskiyə dəstək gəldi

“Kolomiyski de-fakto bu ərazinin sahibidir”

Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskinin Donetsk və Luqansk “xalq respublikaları”nın de-fakto mövcudğulu barədə Ukrayna üçün qalmaqallı bəyanatına cənub-şərqdən dərhal cavab gəlib.

Dni.ru yazır ki, Donetsk yaraqlılarının lideri Aleksandr Zaxarçenko bu gün Kolomoyskinin Dnepropetrovskda nüfuzunu eturaf etməklə onun xeyrinə cavab reveransı edib: “Mən ümumiyyətlə təklif edirəm ki, Dnepropetrovsk respublikası KDR – Kolomiyski Dnepropetrovsk Respublikası olsun. Bu, ədalətli olar. Niyə də yox? DXR var. KDR yaxşı respublikadır. Kolomiyski de-fakto bu ərazinin sahibidir, bu, real hakimiyyətdir və Kiyev onunla hesablaşmalı olacaq”.

Kolomiyski əvvəllər bildirmişdi ki, Luqansk və Donetsk “xalq respublikaları”nın başçıları İqor Plotnitski və Aleksandr Zaxarçenko Kiyevə hər necə münasibət bəsləsələr də, onları real hakimiyyət hesab edir.

Ekspertlər fərz edirlər ki, Kolomiyski Kiyevlə mübarizədə qiyamçı vilayətlərlə səylərini birləşdirə bilər.