XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2016 - 19:24

Bəşər Əsəd:“Hələbin azad edilməsi bütün anti-terror mübarizlərinin qələbəsidir”

esed

“Hələbin azad edilməsi bütün anti-terror mübarizlərinin qələbəsidir”.

Strateq.az IRNA-ya istinadən bildirir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Caberi Ənsari ilə görüşdə deyib.

Əsədin sözlərinə görə, Hələbdə qələbə, həm də Suriya xalqının, terrorizmdən öz mənafelərinə çatmaq üçün istifadə edən bütün düşmənlərinin məğlubiyyəti deməkdir.

Əsəd mövcud savaşa son qoymaq üçün münasib şəraitin yaradılması və bütün Suriyada terrorizmin yatırılması və onunla mübarizə yolunda əsas bir addım kimi Hələbdəki qələbənin önəmini vurğulayıb.

İran xarici işlər nazirinin müavini deyib ki, İran və Suriyanın uzun keçmişə malik strateji əlaqələri iki ölkəni və region ölkələrini xarici planlar və fitnələr qarşısında sığortalayıb.