XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 21:23

Moskva ətrafında yeddi terrorçu saxlanılıb –“Təbliği camaat”ın məqsədi Rusiyada xilafət yaratmaqdır

moskva-terror

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və DİN əməkdaşlarının Moskva bölgəsində keçirdiyi əməliyyat zamanı “Təbliği camaat” ekstremist təşkilatının yeddi üzvü saxlanılıb.

 “RİA Novosti”nin verdiyi xəbərə  görə, bu barədə FTX regional idarəsinin məlumatında bildirilir.

 Məlumata görə, saxlanılan şəxslər qruplaşmaya yeni üzvlər cəlb edərək onlarla “ideoloji maarifləndirmə” işi aparıblar. Həmin şəxslər sonradan Əfqanıstan və Pakistandakı təlim düşərgələrinə göndərilib.

  “Axtarışlar zamanı ekstremist məzmunlu ədəbiyyat, rabitə vasitələri və qruplaşmanın fəaliyyəti ilə bağlı hesabatların saxlanıldığı elektron daşıyıcılar aşkarlanaraq götürülüb”, – deyə məlumatda bildirilir.  

 “Təbliği camaat” ekstremist təşkilatının məqsədi Rusiyada xilafət yaratmaqdır. Beynəlxalq terror təşkilatlarını dəstəkləyən qruplaşmaya əcnəbi vətəndaşlar başçılıq edir. 

Rusiya Ali Məhkəməsi 2009-cu ildə “Təbliği camaat” təşkilatının ölkədə fəaliyyətinə qadağa qoyub. (APA)