XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2016 - 05:31

Kerri etiraf etdi:"Suriyada diplomatik səylər uğursuz olub"

kerri-meyus

ABŞ dövlət katibi Con Kerri hesab edir ki, Suriyada münaqişənin siyasi həlli üzrə diplomatik səylər uğursuz olub

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Onun sözlərinə, C.Kerri səylərin uğursuzluğundan məyusluq hissi keçirir.

Kirbi qeyd edib ki, Kerri qarşıdakı həftələrə bu istiqamətdə səyləri davam etdirəcək: “O, məhz bu sahədə bizim daha uğurlu və irəlidə olmağımızı istəyir”.    

Qeyd edək ki, ABŞ-ın hazırkı administrasiyasının səlahiyyətləri yanvarın 20-də başa çatacaq.