XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 15:07

Putin:“Türkiyənin bu arqumentinə şübhə edirdim, səfirin qətlindən sonra fikrimi dəyişdim”

putin

“Səfirin qətli Rusiyaya qarşı sui-qəsd idi. Mən əvvəl təyyarəmizin türk hərbçiləri tərəfindən vurulması ilə bağlı deyilən arqumentə şübhə ilə yanaşırdım. Səfirin qətlindən sonra mən fikirmi dəyişdim. Belə görünür müəyyən qüvvələr Türkiyə ordusuna nufuz ediblər. Mən heç kimi ittiham etmirəm. Amma bu faktdır”.

Strateq.az bildirir ki, bu sözləri bu gün keçirdiyi böyük mətbuat konfransında prezident Putin Türkiyə ilə əməkdaşlıq və bu istiqmətdə yaradılan problemlər barədə danışarkən bildirib.

Putin bildirib ki, Rusiya səfrinin qətli Türkiyə ilə münasibətlərə təsir etmir: “Bizə son illərdə kompromis tapmaq müyəssər olub

Putinin sözlərinə görə, Hələbdə situasiyanın tənzimlənməsində Türkiyə və İran prezidentləri böyük rol oynayıb: “Bizim iştirakımız olmadan bu, mümkün olmayacaqdı. Hələbdə bu üçtərəfli format böyük rol oynadı. Hazırda Hələbdə döyüş əməliyyatı aparılmadan minlərlə insan çıxarılır. Söhbət 100 min adamdan gedir. Bu, nəhəng miqyaslı beynəlxalq humanitar aksiyadır”.

Putin qeyd edib ki, bununla yanaşı Suriya problemini Səudiyyə Ərəbistanı, Misir, İordaniya, ABŞ-ın iştirakı olmadan həll etmək mümkün deyil.

O vurğulayıb ki, Qazaxstan problemin həlli ilə bağlı danışıqlar aparmaq üçün Astananı təklif edib: “Biz problemin siyasi həlli üçün praktik danışıqların başlanmasını istəyirik”.

X. SƏFƏROĞLU