XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2016 - 00:05

“Qəbuledilməz haldır ki…” –İngiltərədən BMT-yə tələb

conson-ingiletere-xin

"BMT Suriyanın Hələb şəhərinin şərq hissəsinə təyin etdiyi monitorinq qrupunu ləğv etməlidir".

Bu sözləri Böyük Britaniya Xarici İşlər naziri Boris Conson deyib.

“Qəbuledilməz haldır ki, BMT TŞ-nin monitorinq qrupu hələ də Hələbin şərq hissəsində vətəndaşlara yardım göstərmək üçün heç bir addım atmayıb. Rejim və onu dəstəkləyən, eləcə də BMT-nin 2238-ci qərarına uyğun fəaliyyət göstərən monitorinq qrupu üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”, – Conson bildirib.

Nazir onu da əlavə edib ki, Suriya ordusunun Hələbdə tam nəzarəti ələ keçirməsi hələ tam qələbə anlamına gəlməməlidir.

Qeyd edək ki, dekabrın 19-da BMT TŞ Hələbin şərqində mülki şəxslərə humanitar yardımın göstərilməsi və təxliyyələrlə bağlı 2238 saylı qətnamə qəbul edib.

Axar.az