XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2016 - 16:37

Ermənistandan Dağlıq Qarabağa hərbi qulluqçuları daşıyanavtobus yanıb

Ermənistanda Azərbaycanın işğal olunmuş ərazilərinə – Dağlıq Qarabağa hərbi qulluqçuları daşıyan avtobus yanıb.

"Report" Ermənistan KİV-lərinə istinad edərək xəbər verir ki, hadisə dekabrın 23-də saat 16:00 radələrində Ermənistanın Ararat rayonu Yerasxavan kəndi yaxınlığında baş verib.

Yanğın nəticəsində ölən olmayıb. Şahidlərin sözlərinə görə, hərbi qulluqçuların şəxsi əşyaları, paltarları və avtobus tam yanıb.

Ermənistanın  MN mətbuat katibi Artsrun Ovanisyan məlumatı təsdiqləsə də hadisə barədə ətraflı məlumat verməkdən boyun qaçırıb.