XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 16:41

Fransada dronlar üçün ilkhava marşrutu açılıb

Fransanın milli poçt operatoru dünyada ilk dəfə dron vasitəsilə mütəmadi olaraq bağlama göndərməyə başlayıb.

Azərtac "psm7.com" saytına istinadla xəbər verir ki, ilk hava marşrutu ölkənin kiçik şəhərləri olan Puryer və Sen-Maksimen-la-Sent-Bom arasında çəkilib. Aralarındakı məsafə 13 kilometrdən bir az çox olan hər iki şəhər ölkənin cənubunda yerləşir.

Puryer şəhərində startaplar üçün inkubator yerləşir. Oranın sakinləri üçün belə hava marşrutu əvəzsizdir. Ərazidə dronların qəbulu üçün meydança təşkil olunub. Bağlamanı alacaq şəxsə SMS gəldikdən sonra o, meydançaya gələrək bağlamanı götürə bilər. Çatdırılma həftədə bir dəfə həyata keçiriləcək.

Dron çəkisi bir neçə kiloqram olan bağlamanı 50 kilometr məsafəyə daşıya bilər. Dronun maksimal sürəti 30 kilometr-saatdır.