XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 17:09

Türkiyənin şimalında 68 İŞİD terrorçusuməhv edilib

Türkiyə hərbçilərinin Suriyada keçirdiyi “Fırat Kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində Əl-Bab şəhərində terrorçu İŞİD qruplaşmasının 68 silahlısı məhv edilib.

“Report” xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Əl-Bab şəhərində İŞİD-in 6 obyektinə havadan endirilən zərbələr nəticəsində 30 terrorçu, üç qərargah və üç minalanmış avtomobil məhv edilib. 141 artilleriya zərbəsi və bu ərazidə baş verən silahlı qarşıdurmalar nəticəsində daha 38 yaraqlı məhv edilib, onlara məxsus pilotsuz uçan aparat sıradan çıxarılıb", – məlumatda deyilir.