XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 19:08

Ərdoğan:“Əl-Bab əməliyyatının bitməsinə az qaldı”

Suriyada Əl-Bab əməliyyatının bitməsinə az qalıb.
 
APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İzmirdə yerli sakinlər qarşısında çıxış edərkən bildirib.  

Onun sözlərinə görə, Türkiyə terrorla bir neçə cəbhədə mübarizə aparır: “Böyük dövlət belə günlərdə bəlli olur. Böyük dövlət bu əməliyyatlarda bəlli olur”.
 
Türkiyənin müdafiə naziri Fikri İşık isə İsmitdə Əl Bab əməliyyatının gedişi barədə məlumat verib: “Strateji yüksəklik azad edilib. Terror haradadırsa, təhdid haradan gəlirsə, ora qədər getmək və terrorçuları məhv etmək Türkiyənin prioritetidir”.