XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 19:56

Əfqanıstanda partlayış:4 polis əməkdaşı həlak olub

Əfqanıstanda 4 polis əməkdaşı yola qoyulmuş minanın partlaması zamanı həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 9-da, ölkənin cənubundakı Kalat şəhərində, antiterror əməliyyatı zamanı baş verib. Belə ki, minanın işə düşməsi zamanı polisləri daşıyan avtomobil partlayıb.

Partlayış zamanı daha 1 nəfər yaralanıb.