XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 20:34

Özbəkistan və Qırğızıstanprezidentləri görüşüb

Qırğızıstan Prezidenti Almazbek Atambayev Özbəkistanda işgüzar səfərdə olub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində Qırğızıstanın dövlət başçısı Almazbek Atambayevi qəbul edib.

Görüşdə yeni şəraitdə siyasi dialoqun davam etdirilməsi, nəqliyyat və ticarət sahələrində əlaqələrin genişləndirilməsi və digər sahələrdə hər iki tərəfin mənafeyinə uyğun olan qarşılıqlı əməkdaşlığın daha da inkişafı istiqamətində müzakirələr aparılıb. Danışıqlarda regional və beynəlxalq xarakterli məsələlər diqqət mərkəzində olub, ekstremizmin, dini radikalizmin qarşısının alınması, regionda təhlükəsizliyin gücləndirilməsi sahəsində fikir mübadiləsi aparılıb.

Tərəflər yaxın iki ildə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsini 500 milyon dollara çatdırmaq əzmində olduqlarını bildiriblər.

Görüşdə Qırğızıstandan keçməklə Mərkəzi Asiyanı Çin ilə birləşdirən, bütün regionun tranzit potensialını gücləndirəcək qısa dəmiryolu xəttinin yaradılması məsələləri diqqət mərkəzində olub.

Şavkat Mirziyoyev bildirib ki, Özbəkistan mütəxəssisləri bu dəhlizin Qırğızıstandan keçən hissəsini layihələşdirməyə hazırdır.

Almazbek Atambayev Özbəkistanın birinci Prezidenti İslam Kərimovun qəbrini ziyarət edib, “MAN Auto-Uzbekistan” birgə müəssisəsinin işi ilə tanış olub, sərgilərə baxıb(azərtac).