XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2016 - 21:33

Ərdoğan:"Suriyada təhlükəsiz zonanı yaratmalıyıq"

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılması məsələsini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə etmək niyyətindədir.    

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o İstanbulda çıxışı zamanı bildirib.  

“Biz Suriyada terrorçulardan azad, təhlükəsiz və uçuşlardan azad zona yaratmalıyıq. Yanvarın 20-dən sonra ABŞ-da yeni rəhbərlik çalışmağa başlayacaq. Biz bu məsələni onunla müzakirə edəcəyik”, – deyə Ərdoğan bildirib.

“Təhlükəsizlik zonası yaradılmasa, Suriya ilə həmsərhəd Qaziantep, Şanlıurfa və Kilis əyalətlərimizə  təhlükə hələdə qalmaqda davam edəcək”, – deyə Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın şimalında hər hansı bir dövlətin yaradılmasına imkan verməyəcək.