XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 11:00

Almanların 68 faizi miqrasiya siyasətinə yenidənbaxılmasını istəyir

Berlində törədilmiş terror aktından sonra almanların əksəriyyəti Bavariya federal torpağının baş naziri Horst Zeehoferin AFR-in miqrasiya və təhlükəsizlik sahəsində siyasətinə yenidən baxılması tələbini dəstəkləyib.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ictimai rəyi öyrənən Emnid institutunun keçirdiyi sorğunun nəticələrinə görə, almanların 68 faizi yeni tədbirlər görülməsinə tərəfdar çıxıb, yalnız 30 faizi buna “yox” deyib. Rəyi soruşulanların 80 faizi ictimai yerlərdə videomüşahidənin gücləndirilməsini istəyir.

Xatırladaq ki, dekabrın 19-da Berlinin mərkəzində terrorçunun yük avtomobilini Yeni il bazarına çırpması nəticəsində 12 nəfər həlak olub, 48 nəfər yaralanıb. Hücumun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb. Terror aktında şübhəli bilinərək barəsində axtarış elan olunmuş 24 yaşlı tunisli Anis Amri İtaliyada polislə atışmada öldürülüb.

Bu hücumdan sonra Horst Zeehofer bəyan edib ki, Almaniyanın hakimiyyət orqanları yenidən düşünməli, miqrasiya və təhlükəsizlik siyasəti yeni tərzdə nizamlanmalıdır.