XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 19:21

Türkiyə ordusundan İŞİD terrorçularınasarsıdıcı zərbə

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində İŞİD terror təşkilatına məxsus 140 hədəf bombalanıb. Bombardman nəticəsində 12 terrorçu məhv edilib.

Türkiyə KİV-lərinin məlumatına görə, Əl-Bab və Bzagah bölgələrindəki sonuncu əməliyyatlarda terrorçuların 6 müdafiə barrikadası və silah anbarı dağıdılıb. Bundan başqa, 53 bomba ələ keçirilib, 2161 yerdə quraşdırılmış partlayıcı maddə, o cümlədən 42 mina zərərsizləşdirilib.

Qardaş ölkə rəsmiləri, o cümlədən siyasi partiyaların rəhbərləri bəyan ediblər ki, Əl-Babın terrorçulardan təmizlənməsi Türkiyənin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Odur ki, Türkiyə tərəfi Əl-Bab bölgəsinin terrorçulardan tamamilə təmizlənməsində israrlıdır(azərtac).