XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 19:55

Almaniyada 54 min insantəxliyə edildi

Bu gün səhər saatlarından etibarən Almaniyanın Bavariya əyalətinin Auqsburq şəhərində təxminən 54 min insanın təxliyəsinə başlanılıb.

Azərtac “lefigaro.fr” saytına istinadla bildirir ki, buna səbəb şəhərdə 1939-1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi zamanı Britaniya ordusuna məxsus bombanın tapılmasıdır. Təxliyə işlərinə 900-dək polis işçisi cəlb edilib.

Dekabrın 20-də aşkarlanan və 1,8 ton çəkiyə malik bombanın zərərsizləşdirilməsinə bu gün günorta saatlarında başlanılacaq. Hakimiyyət orqanları bombanın tapıldığı ərazidə 1500 diametrlik sahədə mühafizə zonası yaradıblar. Bombanın zərərsizləşdirilməsi prosesi təxminən 5 saata yaxın davam edəcək.