XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2016 - 12:27

Sosial şəbəkə iki ölkəni “dalaşdırdı”:"İsrail Pakistanı nüvə silahı ilə təhdid edir"

nuve-silahi-pakistan

İsrail və Pakistan rəsmiləri sosial şəbəklərdə saxta xəbərlər ucbatından mübahisəyə girişiblər.

Strateq.az "The Guardian"a istinadla xəbər verir ki, buna səbəb Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin ölkəsinin nüvə silahına malik olmasını sərt şəkildə İsrailə xatırlatması barədə uydurma məlumatdır.

Həmin "məlumat"da deyilir: "İsrail müdafiə naziri Pakistanın Suriyada İŞİD-ə qarşı mübarizədə iştirakına nüvə qisası ilə cavab verəcəyi ilə təhdid edir. İsrail unudur ki, Pakistanın da nüvə silahı var".

Belə bir ismarıca başqa bir uydurma cavab yazılıb: "İsrail müdafiə naziri: Əgər Pakistan Suriyaya qoşun göndərsə, bu ölkəni nüvə zərbəsi ilə məhv edəcəyik".

"AWD News" saytında dərc edilən bu uydurmaya İsrail Müdafiə Nazirliyi gerçək cavab verib və belə bir açıqlamanın verilmədiyini vurğulayıb.

Xatırladaq ki, Pakistan 1998-ci ildən "nüvə klubu"nun üzvüdür.

M.Rzasoy