Türkiyənin "Resmi Gazete"sinin bugünkü sayında Nazirlər Kabinetinin qərarı ilə terror təşkilatlarının siyahısı dərc edilib.
Strateq.az xəbər verir ki, hökumətin qərarına əlavə olan 2 saylı siyahıya "Al-Nusrah Front", "Jabhet al-Nusrah", "The Victory Front" adlı təşkilatlar daxil edilməyib.
Suriyada fəaliyyət göstərən "Əl-Nusra"nın yerinə siyahıya Mali, Niger və Əlcəzairdə fəaliyyət göstərən təşkilatlar əlavə edilib.
Yeni təşkilatların ilk sırasında "Al Mouakaoune Biddam" durur. İŞİD isə yeni siyahının sonunda qeyd olunub.
M.Rzasoy