XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 19:15

Rəsmi Moskva:"Avropa Birliyinin vahid ordu yaratması mümkün olmayan arzudur"

kremlin

"Avropa Birliyinin vahid ordusunun yaradılması yerinə yetirilməsi mümkün olmayan arzudur".

Bunu jurnalistlərə açıqlamasında Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib.

O, AB-nin yalnız əməliyyatların planlaşdırılması və idarə edilməsi üçün vahid qərargah strukturu formalaşdıra biləcəyini söyləyib. Rus nümayəndənin fikrincə, AB ordusunun yaradılmasına əsas maneə iqtisadi amillərdir.

Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının sədri Jan Klod Yunker AB-nin öz ordusunun yaradılması gərəkdiyini və ABŞ-ın Avropanı qorumayacağını bəyan edib.

Axar.az