XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 10:22

İran Qərb təyyarələrini “qiymətini öldürüb” alır

boinq

İran bildirib ki, ABŞ-ın təyyarə istehsal edən şirkəti “Boinq”dən 80 yeni təyyarə üçün onların qiymətinin yalnız yarısını ödəcəyək.

İranın rəsmi IRNA xəbər agentliyi nəqliyyat nazirinin müavini Əsgər Fəxriye Kaşana istinadən yazır ki, Tehran güzəştli şərtlərə uyğun olaraq saziş üzrə nəzərdə tutulan 16, 6 milyard dolların yalnız yarısını ödəməli olacaq: "Boinq” elan edib ki, “İranAir şirkəti ilə bağlanmış kontraktın qiyməti 16, 6 milyard dollardır, lakin “sövdələşmənin təbiəti və mümkün şərtlər” daxilində 80 Boinq” təyyarəsi üçün qiymətin yalnız 50 faizi ödənəcək” – deyə  Kaşan bildirib.

Azadlıq Radiosu bildirir ki, “Boinq” şirkəti bu bəyanatla əlaqədar hələlik heç bir şərh verməyib.

Lakin bundan əvvəl “Boinq”in rəhbərləri alınan təyyarələrin sayından asılı olaraq qiymətdə güzəştlərə gedilməsinin tamamilə mümkün olduğunu bildirmişdi. İranın dövlət hava nəqliyyatı şirkəti “İranAir” və “Boinq” arasında dekabrın 11-də imzalanmış sazişə görə Tehran 50 ədəd ensiz salonlu “Boinq 737” və 30 ədəd uzaqmənzilli “Boinq 777” təyyarələri əldə etməlidir. “Boinq” və onun Avropadakı rəqibi Airbus bu ay İranla çox sərfəli kontraktlar imzalayıblar.

Dekabrın 22-də Airbus və İranAir şirkətləri, aralarında ümumi dəyəri 18 milyard dollar olan 100 təyyarənin alqı-satqısına dair sazişi yekunlaşdırıblar. Kontrakta təksalonlu A320 və A330, habelə geniş salonlu A350 XWB təyyarələri daxildir.

Bazarın yaxşı vaxtı

Bu sazişlərin bağlanması nüvə sazişinin imzalanmasına görə Tehranın üzərindəki sanksiyaların qaldırılması ilə əlaqədar mümkün olub. Sentyabr ayında ABŞ-ın Maliyyə Nazirliyi “Boinq” və Airbus şirkətlərinə İranla milyardlarla dollarlıq kontraktların bağlanmasına icazə verib.

İndi isə bəlli olub ki, İranAir Fransanın Airbus şirkətindən də ümumi dəyəri 18 və 20 milyard dollar olan olan 100 təyyarəni çox güzəştli qiymətlərə alacaq. IranAir şirkətinin başçısı Fərhad Pərvəreş deyib ki, qiyməti 10 milyard dollardan da aşağı salmaq mümkün olub, çünki Tehran A380 superjumbo təyyarələrini almaqdan imtina edib.

Təhlilçilər bildirirlər ki, İranın yeni və müasir təyyarələrə son dərəcə böyük ehtiyacı olsa da, o aviasiya bazarına özü üçün çox sərfəli vaxtda girib. Son vaxtlar istər “Boinq” və Airbusun, istərsə də daha kiçik təyyarə istehsalçılarının sifarişləri kəskin azalıb və onlar İran kimi müştərini əldən buraxmaq istəmirlər. İranın özünə gəldikdə isə onun 250 təyyarəlik aviaparkının əksər təyyarələri 1979-cu ildən əvvəl alınıb. Bu təyyarələrdən 162-si hələ də sərnişin daşımalarını yerinə yetirir.

İran bilidirib ki, qarşıdan gələn onillikdə 400 yeni təyyarə almağı planlaşdırır.