XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 11:25

Polis Ərdoğana çay vermək istəməyən şəxsi saxlayıb

erdoqan-09

Türkiyə rəsmiləri müxalif Cumhuriyet qəzetinin kafesinin menecerini prezidenti təhqir ittihamı ilə həbs ediblər.

Menecerin vəkillərindən birinin Reuters xəbər agentliyinə verdiyi məlumata görə, Senol Buran Rəcəb Tayyp Ərdoğana çay verməkdən imtina etdiyinə görə saxlanıb.

Vəkil Özgür Urfanın sözlərinə görə, polis Cumhuriyet-in İstabuldakı ofisinin kafesinin menecerinin evində axtarış aparandan sonra Şenol Buranı polis bölməsinə aparıb. Qəzet hökuməti tənqid edən nadir mətbuat orqanlarından biridir.

Türkiyədə prezidenti təhqir 4 ilədək həbslə nəticələnə bilər.