XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

27 Dekabr 2016 - 15:37

Tu-154 təyyarəsinin qəza anını görən şahid:“Arxa təkəri üstündə gedən motosikletə oxşayırdı”

tu-teyare

Soçidə dənizə düşmüş TU-154 təyyarəsinin qəzaya uğradığı anı görən və bunu videoya çəkən şahidlər var.

“Kommersant” qəzetinin yazdığına görə, onlardan biri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Soçi sərhəd dəstəsinin sahil mühafizə xidmətinin  hadisə vaxtı dənizdə patrul xidməti həyata keçirən əməkdaşıdır. Həmin əməkdaşın adı açıqlanmır, ancaq “Kommersant” onun qəzanı araşdıran komissiyaya verdiyi ifadəyə əsasən yazır ki, şahid təyyarənin Adler aerportundan havaya qalxdıqdan sonra yüksəklik yığmaq əvəzinə sürətlə aşağı endiyini və bir neçə dəqiqə sonra dənizin səthi ilə toqquşub parçalandığını deyib.

Sərhədçinin dediyinə görə, Tu-154 təyyarəsinin havadakı vəziyyəti ona hətta eniş vəziyyəti üçün də qəribə gəlmişdi. Çünki təyyarənin burun hissəsi qeyri-normal vəziyyətdə yuxarı idi, sanki arxa təkərinin üstündə gedən motosikli xatırladırdı. “Bir neçə an sonra təyyarə quyruq hissəsi ilə suyun səthinə toxundu və arxa hissəsi parçalandı, ardınca sürətlə suyun dibinə getdi”-şahid danışıb.

Aviasiya üzrə ekspertlər şahidin danışdıqlarına əsasən belə qənaətə gəliblər ki, qəza hər halda ekipajın səhvi ilə bağlıdır. Çünki pilotlar təyyarəni həddən artıq cəld qaldırmağa çalışıblar və nəticədə layner  qanadların qaldırıcı qüvvəsinin azalması ilə yüksəklik itirməyə başlayıb. Bildirilir ki, 2006-cı ildə “Rossiya” aviaşirkətinin Tu-154M təyyarəsi Donetsk yaxınlığında analoji situasiya üzündən qəzaya uğramışdı.

Qeyd edək ki, ötən bazar günü  Suriyaya uçan TU-154 təyyarəsi  Qara dənizə düşüb və 92 nəfər həlak olub. Hazırda Tu-154 laynerinin “mühərrikə kənar predmetin düşməsi nəticəsində” qəzaya uğraması versiyası önə keçib. Bununla belə mənbə pilot səhvi və texniki nasazlıq versiyalarının da araşdırıldığını bildirib.