XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 05:37

Nemtsovun sevgilisi danışdı

Nemtsovun sevgilisi danışdı

Rusiya müxalifət lideri Boris Nemtsov kürəyindən güllələnmişdi.

Bu sözləri öldürülən siyasətçinin sevgilisi, ukraynalı model Anna Duritskayanın anası İnna Mixaylovna qızı ilə söhbətindən sonra deyib.

İnna Mixaylovnanın sözlərinə görə, həmin gün onun qızı Duritskaya Nemtsovu restoranda gözləyirmiş.

“Boris və Anna bir yerdə nahar etdikdən sonra evə getməyə hazırlaşıblar. Küçədə Anna taksi çağırmağı təklif edib. Amma Boris imtina edərək gəzmək istədiyini deyib. Onlar körpünün üstü ilə gedəndə Anna Borisin əlindən tutub. Birdən güllə səsi eşidilib. Boris yerə yıxılıb. Anna çox qorxmuşdu, polisə, daha sonra isə mənə zəng elədi. O telefonda mənə dedi ki, ana, Boris öldürüldü… Onu kürəyindən vurdular, o yıxıldı, hazırda yanımda yerdə uzalı vəziyyətdədir”, – deyə İnna Mixaylovna bildirib.

Ananın sözlərinə görə, qızı onunla bütün gecə telefonla əlaqədə olub: “Zənglərdən birində mənə dedi ki, o polis bölməsindədir və ifadə verir. Səhər saat 5-ə qədər Annanı müxtəlif polis bölmələrinə aparıblar və ifadəsini alıblar”.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib.